» » Baş Prokurorluqdan qaçan məhbuslarla bağlı AÇIQLAMA

Baş Prokurorluqdan qaçan məhbuslarla bağlı AÇIQLAMA

17:17, 23.10.17
Bu gün
Baş Prokurorluqdan qaçan məhbuslarla bağlı AÇIQLAMA
Zəruri istintaq əməliyyat-axtarış tədbirləri davam etdirilir

Bakıda məhbusların qaçması faktı ilə bağlı hansı maddə ilə cinayət işinin başlanıldığı məlum olub.

Prokurorluqdan İstiPress-ə verilən məlumata görə, Bakı - Astara - Bakı qatarında xüsusi təyinatlı vaqonda paytaxtda gətirilən məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda başlanmış cinayət işi üzrə və qaçan məhbusların tutulması istiqamətində zəruri istintaq əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Oxşar xəbərlər:
Şərhlər: