» » Sumqayıtda müəllim üsyanı: Təhsil şöbəsinin rəhbərliyi səbri daşdırıb…

Sumqayıtda müəllim üsyanı: Təhsil şöbəsinin rəhbərliyi səbri daşdırıb…

11:32, 08.11.16
Cəmiyyət
Sumqayıtda müəllim üsyanı: Təhsil şöbəsinin rəhbərliyi səbri daşdırıb… Sumqayıt şəhər təhsil şöbəsində baş verənlər, təhsil şöbəsinin rəhbəri Ruhiyyə Tağıyevanın yarıtmaz fəaliyyəti ilə son vaxtlar bir neçə yazılar dərc etmişik. Gənclər şəhərinin təhsil sisteminə rəhbərlik edən xanımın pedoqoji keçmişi və bu günkü fəaliyyəti haqda bəhs etmiş və eyni zamanda bildirmişdik ki, R.Tağıyevanın bəzi göstərişləri müəllim və valideynlər arasında ciddi narazılığa səbəb olmuşdur. Həmin yazımızda vəd etdiyimiz kimi, cumhuriyyet.az olaraq mövzunu davam etdiririk.
Bu dəfə redaksiyamıza daxil olan məlumatlar kifayət qədər həyacanlıdır. Belə ki, söhbət uzun illər ölkənin təhsil sistemində yüksək nəticələrə imza atan bir şəhərin pedoqoji kollektivinin tam şəkildə etiraza qalxmasından gedir. Sumqayıtdakı mənbənin cumhuriyyet.az-a verdiyi məlumata görə bir neçə gün öncə şəhər 25 saylı tam orta məktəbin direktoru Ruhiyyə Əlirzayeva istefa ərizəsi ilə təhsil şöbəsinə müraciət edib və heç bir tərəddüd edilmədən onun ərizəsi qəbul edilib. Mənbənin sözlərinə görə, xanım direktorun vəzifədən getməsinə səbəb təhsil şöbəsinin müdirinin ona qarşı qərəzli münasibəti, hətta direktor ola-ola məktəblə bağlı əlaqələri direktor müavinləri ilə qurması olub: “Ümumiyyətlə, R.Tağıyeva hazırda şəhərin məktəb direktorları ilə konfliktdədir və maraqlıdır ki bunların əksəriyyəti xanım direktorlardır. Ola bilər ki, məqsəd elə bu direktorları bezdirib öz istəkləri ilə vəzifədən getməyə məcbur etməkdir. Hər halda təhsil şöbəsinin məktəb rəhbərliyinə qarşı belə bir münasibəti xoşluqla qarşılanmır”.
Sumqayıt şəhərindəki mənbəmizin bildirdiyinə görə şəhər təhsil şöbəsinin rəhbəri Ruhiyyə Tağıyevaya qarşı narazılıq yalnız bəzi xanım direktorlarla məhdudlaşmır. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumatda deyilir ki, hazırda Sumqayıt şəhər pedoqoji heyətində maaaş ajiotajı yaşanır. Belə ki, müəllimlər bu günədək oktyabr ayının əməkhaqqını almayıblar və buna səbəb kimi təhsil şöbəsinin maliyyə nazirliyinin regional idarəsinə müvafiq sənədləri təqdim etməməsi göstərilir.
Sumqayıt təhsilində başqaldıran narazılıqlardan biri də inklüziv təhsil layihəsində iştirak edən müəllimlərlə bağlıdır. Dövlət başçısı möhtərəm İlham Əliyev cənabları, ölkəmizdə işsizliyin ləğvi istiqamətində mühüm göstərişlər verir, iş yerlərində ixtisarların yolverilməz olunduğu da dilə gətirir. İndi isə R.Tağıyevanın inadı və məqsədli qərəzi(bu qərəzin təfərrüatlarına növbəti yazılarımızda toxunacayıq-red.) nəticəsində Sumqayıt şəhərində 20-dən artıq müəllim faktik olaraq işsiz qalıb. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə, təhsil nazirinin müavini Ceyhun Bayramov Sumqayıt təhsil şöbəsinə rəsmi məktubunda həmin müəllimlərin alternativ işlə təmin olunmasını tövsiyyə etsə də R.Tağıyevaa hələ də buna əməl etməyib. Bu layihə çərçivəsində çalışan müəllimlərə isə bildirilmişdir ki, gedin özünüzə yeni iş yeri tapın, sizin əmrləriniz düzgün verilməyib, əmriniz qeyri-qanunidir, ştatda yalnız beş iş yeri var. Bu azmış kimi, təhsil şöbəsi müdirinin müavini Firidun Həmzəyev həmin müəllimləri şəxsən fərdi qaydada imtahana dəvət edir. Yeri gəlmişkən, onu da qeyd edək ki, bir zamanlar təhsil nazirliyinin məktəbəqədər və ümumi təhsil şöbəsinin ümumi təhsil sektorunun müdiri olmuş və yeni nazirin kadr islahatları zamanı “vurulmuş” F.Həmzəyev indi Sumqayıt təhsil şöbəsində də özü üçün “mini nazirlik” yaradaraq hökmranlıq edir. Bu şəxsin Təhsil Nazirliyindən Sumqayıta köçürülməsindən sonrakı fəaliyyəti və Sumqayıt şəhər təhsil şöbəsinin rəhbəri Ruhiyyə Tağıyevanın etirazlar doğuran siyasətinin yeni təfərrüatları haqda isə növbəti yazımızda. Şəhərdəki mənbələrdən cumhuriyyet.az-a daxil olan məlumatlar bununla kifayətlənmir.
– Yaxın şəxsin həbsi və kvartalda satılan mənzil;
– Evsizlik və vəzifədən sonra dəyişən durum: 6-cı mikrorayonda sovet binasında və yeni tikilidə iki ev;
– Adi labarant olan qohumun Tağıyev qəsəbəsində biologiya müəlliminə çevrilməsi…
Bu və digər faktlar haqda növbəti yazımızda. Bizi izləyin…
Oxşar xəbərlər:
Şərhlər: