» » Əhəd Abıyevə “davay, do svidaniya”: prezident şəhid ailələri ilə görüşdü, başçı isə aprel qazisinə…

Əhəd Abıyevə “davay, do svidaniya”: prezident şəhid ailələri ilə görüşdü, başçı isə aprel qazisinə…

12:37, 18.02.19
Eksklüziv
Əhəd Abıyevə “davay, do svidaniya”: prezident şəhid ailələri ilə görüşdü, başçı isə aprel qazisinə…
Prezidentin apardığı kadr islahatlarının dalğası ucqar Daşkəsənə yaxınlaşır və yeni təyinat gözlənilir

Cahan.info-nun əldə etdiyi məlumata görə, icra başçısı Əhəd Abıyevə “davay, do svidaniya” deməyə hazırlıq getməkdədir. Bu da onu təşvişə salıb.

İcra başçısı mənsub olduğu siyasi gücün ona dəstək olmasını gözləsə də, arxasından çəkilən qüvvələr prezidentin iradəsinə qarşı gedə bilmədiklərini söyləyirlər. Bu da Ə.Abıyev erasının başa çatmasını şərtləndirən ilk mesajlardan biridir.

Çünki onun idarəçiliyi dövründə Daşkəsəndə heç bir abadlıq işi görülməyib, insanlar işsizdir, qəbula gələnin isə Ə.Abıyev qapını üzünə çırpır, vətəndaşları narazı qoyur.

Onun “qələminin qırılmasında” əmlak komitəsi sədri Kərəm Həsənovun məruzəsinin az rol oynamadığı iddialar sırasındadır. Komitə sədri ilə icra başçısı yola getmirdilər.

Belə xəbərlər var ki, prezidentin və I vitse-prezidentin yeni, gənc, enerjili, çevik komandasında Ə.Abıyev kimi texnologiyadan uzaq, işləməyən, oliqarxa çevrilmiş məmura yer yoxdur.

Artıq hakim komanda müasirləşir, Qərb təhsilli cavanlar vəzifələrdə irəli çəkilir, adı qalmaqallarda, rüşvətdə hallanan, mətbuatda pis imicə malik məmurlar işlərindən uzaqlaşdırılırlar. Bu proses göz qabağındadır və heç bir gizlilik yoxdur.

Ona görə də Daşkəsənə Xətai, Şamaxı və digər rayonlarda olduğu kimi gənc bir məmurun icra başçısı təyin olunacağı gözləniləndir.

Ə.Abıyevin üstündən xətt çəkilməsinə səbəblərdən biri isə aprel qazisinə kampaniya şəklində hücum etməsi, onu dələduz adlandırması, bank fırıldaqçısı olduğuna görə orduya yazılmaqda ittiham etməsidir.

Vətən üçün sağlamlığını itirən şəxsin üzləşdiyi mənzil probleminə görə onu saxtakar adlandırmaq, İH-nin və Daşkəsən Ağsaqqallar Şurası adından əleyhinə bəyanatlar yazdırmaq Ə.Abıyevi ifşa etdi. Prezident şəhid ailələri ilə görüşür, qazilərə dəstək verir, icra başçısı isə aprel əlilinə dələduz, fırıldaqçı damğası vurdurur.

Bu məsələlər mediada yer alıb və son zamanlar prezidentin şəxsən sosial şəbəkələri, internet mediasını izləməsi, operativ reaksiya bildirməsi göstərir ki, Ə.Abıyev kimi məmurların dövrünı bitib.

Halbuki aprel qazisini süründürməkdənsə, ona yalanlar danışmaqdansa, əmisi qızını əleyhinə bəyanat verməyə məcbur etməkdənsə, yardım göstərə bilərdi.

Dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva bütün müharibə əlillərinə, şəhid ailələrinə qayğı göstərir, mənzil şəraiti yaxşılaşdırılır, icra başçısı isə ölkəmizi dünya önündə rüsvay edir.

Azərbaycan dövləti hər yerdə bəyan edir ki, köçkünlərə, şəhid ailələrinə, əlil hərbçilərə, qazilərə dəstək verir. Ə.Abıyev isə bu məsələni həll etmir və əvəzində qazini sələmçi, dələduz çıxarır.

Ə.Abıyev qazisinin qohumunu qabağa verərək özü haqda deyilənlərin yalanlamağa çalışır. Faktiki olaraq isə düşmənlə üzbəüz savaşaraq sağlamlığını itirən gənc ev fırıldağı ilə qarşılaşıb.

Prezident dəfələrlə öz çıxışlarında yerli icra hakimiyyəti strukturlarının vəzifəli şəxslərinə xəbərdarlıqlar edib, onları xalqı incitməməyə çağırıb, vətəndaşlara qüsursuz xidmət göstərməyə səsləyib. Təəssüf ki, əksər İH başçıları dövlət başçısının iradlarını, tövsiyə və tapşırıqlarını qulaqardına vurur.

Belə icra başçılarından biri də Əhəd Abıyevdir. Daşkəsənə icra başçısı təyin edildiyi 8 ildə onun gördüyü (əslində görmədiyi) işlər yoxlansa, hansı faktların ortaya çıxacağı əksəriyyətə bəllidir. Daşkəsən rayonu ucqarda yerləşir.

Ermənistanla sərhəddir. Əlverişsiz relyefi, çətin təbiəti var. Orada yaşamaq əslində qəhrəmanlıq tələb edir. Yerli sakinlərə dəstək verilməli, onların həyat şəraiti asanlaşdırılmalıdır.

Bunun üçün dövlət uzun illər Daşkəsən rayonuna ciddi büdcə ayırıb. Lakin Əhəd Abıyev dövlət büdcəsindən ayrılmış 100 milyonlarla vəsaiti lazımi ünvanlara xərcləmir.
Oxşar xəbərlər:
Şərhlər: