» » Bakıda sürücü maşını piyadaların üstünə sürdü – Ölən və yaralananlar var

Bakıda sürücü maşını piyadaların üstünə sürdü – Ölən və yaralananlar var

16:00, 01.04.19
Hadisə
Bakıda sürücü maşını piyadaların üstünə sürdü – Ölən və yaralananlar var
Bakının mərkəzində yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, qəza səhər saatlarında Rəşid Behbudov küçəsində, Mərkəzi Bankın yanında qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobil piyada keçidindən istifadə edən 3 nəfəri vurub.

Daha sonra sürücü idarəetməni itirərək avtobusa çırpılıb.

Səhiyyə Nazirliyindən məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, daha iki nəfər isə xəsarət alıb. Ölənlər “Mercedes” markalı avtomobilin sürücüsü və 50-55 yaşlı naməlum qadındır. 60-65 yaşlı qadın və 30 yaşlı kişi isə xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qəza nəticəsində xəstəxanaya yerləşdirilən şəxslər 1954-cü il təvəllüdlü Xanım Quliyeva və 1996-cı il təvəllüdülü Seymur Niyazovdur.

Hər iki şəxs kəllə-beyin travması alıb. Gənc oğlanın vəziyyəti daha ağır qiymətləndirilir.
Oxşar xəbərlər:
Şərhlər: