» » Qubada istirahət zonası su altında qaldı

Qubada istirahət zonası su altında qaldı

21:35, 07.06.16
Hadisə
Qubada istirahət zonası su altında qaldıQuba rayonunun dağ-meşə massivində torpaq sürüşməsi baş verib.

Report-un verdiyi məlumata görə, təbii fəlakət bu gün Quba rayonunun Qrızdəhnə kəndi ərazisindən keçən Qudyalçay çayının sağ tərəfindəki yamacda qeydə alınıb.

Belə ki, dağın yamac hissəsi uçaraq Qudyalçaya tökülüb, nəticədə böyük torpaq kütləsi çayın qarşısını kəsib.

Ərazidə torpaq sürüşməsi hələ də davam edir, böyük göl əmələ gəlib. Bəzi turizm yerləri, xüsusilə Elxan Muradova məxsus istirahət zonası su altında qalıb. Torpaq sürüşməsi Qudyalçayın qarşısını tamamilə kəsmək üzrədir.
Oxşar xəbərlər:
Şərhlər: