» » “Lotu Quli”nin doğum günü tortu - “Qardaşlardan böyük qardaşa” Tarix: Bu gün, 12:31

“Lotu Quli”nin doğum günü tortu - “Qardaşlardan böyük qardaşa” Tarix: Bu gün, 12:31

14:26, 28.08.18
Kriminal
“Lotu Quli”nin doğum günü tortu - “Qardaşlardan böyük qardaşa” Tarix: Bu gün, 12:31
Bu gün kriminal avtoritet, "Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifov doğum gününü qeyd edir.

BakuPost xəbər verir ki, 46 yaşını qeyd edən avtoritet doğum günü ilə münasibətilə ona göndərilən tortun fotosunu sosial şəbəkədə paylaşıb. Tortun üzərində "Qardaşlardan böyük qardaş Quli Bakinskiyə - 100 yaşa" sözləri yazılıb.

Nadir Səlifov təbriklərə görə hər kəsə təşəkkür edib.

Məlumat üçün bildirək ki, Quli 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. Səlifov sovet vətəndaşı pasportu ilə 1995-ci ildə həbsxanaya düşüb, 22 il sonra – ötən il Apellyasiya Məhkəməsində Səlifovun işinə baxılıb və vaxtından əvvəl azadlığa buraxılıb. Hazırda İstanbulda yaşayan və azadlıqda ilk doğum gününü qeyd edən azərbaycanlı "qanuni oğru” üçün böyük mərasim təşkil olunub. Avtoritetin özəl gününə dünyanın dörd bir yanından adamlar toplaşacaq. Yüksək səviyyədə hazırlıq görülən mərasimdə iştirak üçün Azərbaycandan da bir neçə şou-biznes nümayəndəsinin dəvət edildiyi bildirilir.
Oxşar xəbərlər:
Şərhlər: