» » Ən nüfuzlu “qanuni oğru” azadlığa çıxır - Birincilik mübarizəsi başlayır

Ən nüfuzlu “qanuni oğru” azadlığa çıxır - Birincilik mübarizəsi başlayır

13:10, 02.04.19
Kriminal
Ən nüfuzlu “qanuni oğru” azadlığa çıxır - Birincilik mübarizəsi başlayır
Kriminal aləmin ən nüfuzlu “qanuni oğru”su, “Taro” ləqəbli” Tariel Muluhov (Oniani) aprelin 9-da azadlığa çıxacaq.

“Qafqazinfo”nun “Rosbalt” agentliyinə istinadən verdiyi xəbərə görə, 2010-cu ilin iyulunda Moskvanın Xamovniçeski məhkəməsi 61 yaşlı Onianini insan oğurluğu və dələduzluqda təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum edib. “Taro” 2019-cu ilin iyununda azadlığa çıxmalı idi. Lakin hələ 2017-ci ildə “qanuni oğru” məhkəmə yolu ilə cəzasını 9 il 10 ay müddətinə azaltmağa nail ola bilib.

Nəşrin məlumatına görə, Federal Penitensiar Xidmət (FSİN) məhkəməyə müraciət edərək kriminal avtoritet azadlığa çıxandan sonra onun üzərində inzibati nəzarət qoyulmasını, eləcə də iki aydan bir yaşayış yeri üzrə daxili işlər orqanlarında qeydiyyatdan keçmək və saat 22:00-dan səhər saat 06:00 qədər evdən kənara çıxmamaq öhdəliyi qoyulmasını tələb edib.



FSİN isə bildirib ki, “Taro” həbs müddətində qaydaları 253 dəfə pozub. Buna görə, onu 2 dəfə karserə salıblar, 8 dəfə izolyator ilə cəzalandırıblar.

Nəşr qeyd edir ki, gürcü əsilli Oniani sərbəst buraxıldıqdan sonra oğru dünyasında birinci yer uğrunda mübarizə başlayacaq.

O, İspaniya hüquq-mühafizə orqanları tərəfindən “pul yuyulması”na və cinayətkar qruplaşma yaratmağa görə axtarışa verilib. Mənbələr şübhə edirlər ki, “qanuni oğru” ispan ədalətinin əlinə düşə bilər. Onar güman edirlər ki, Oniani Gürcüstana deportasiya oluna bilər. O isə böyük ehtimalla oradan Türkiyəyə keçəcək.
Oxşar xəbərlər:
Şərhlər: