» » Gömrük sistemindən oğurlanan pullar geri qaytarılır? - Əbülfəz Məlikovu silkələyirlər...

Gömrük sistemindən oğurlanan pullar geri qaytarılır? - Əbülfəz Məlikovu silkələyirlər...

12:30, 28.08.18
Manşet
Gömrük sistemindən oğurlanan pullar geri qaytarılır? - Əbülfəz Məlikovu silkələyirlər...
DİA.AZ: - Zamanında gömrük sisteminin əsas inhisarçılarından biri kimi tanınan keçmiş broker Əbülfəz Məlikovla bağlı maraqlı bir informasiya yayılıb. Belə ki, DİA.AZ-a danışan məlumatlı mənbənin iddialarına görə, xeyli müddətdir başı dərddə olan Əbülfəz Məlikov broker fəaliyyəti dövründə büdcədən yayındırlan dövlət pullarını geri qaytarmalı olacaq.

Bu barədə DİA.AZ-a mənbənin söylədikləri: "Söhbət təxminən 2 milyard manata yaxın vəsaitdən gedir. Əbülfəz Məlikov bu qədər pulları mənimsəyə bilməz. Onun paylaşdıqları da var. Amma bu gün həmin vəsaitin izinə düşülüb və Əbülfəz Məlikov pulları dövlətə qaytarmalı olacaq".

Mənbə iddia edir ki, yaxın günlərdə bütün ölkəni lərzəyə sala biləcək şok proseslərin şahidi olacağıq: "Gömrükdə elə hadisələr baş verəcək ki, yer-yerindən oynayacaq. Bu vaxta qədər Əbülfəz Məlikova güldən ağır söz deyən olmayıb. Amma indi vəziyyət xeyli dəyişib".

Əlavə bilgilərimiz olacaq. Bizi izləyin. Qarşı tərəfi də dinləməyə hazırıq...
Oxşar xəbərlər:
Şərhlər: