» » Şimal bölgəsində vətəndaşların müraciətləri dinlənilib

Şimal bölgəsində vətəndaşların müraciətləri dinlənilib

12:16, 12.04.19
Manşet
Şimal bölgəsində vətəndaşların müraciətləri dinlənilib
SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev Xaçmaz şəhərində şimal bölgəsindən olan vətəndaşları qəbul edib. "OLAYLAR"-a İstehsalat Birliyindən daxil olan məlumata görə, Xaçmaz Regional Qaz İstismar İdarəsinin inzibati binasında keçirilən qəbul zamanı Xaçmaz, Siyəzən, Şabran və Xızı rayon sakinlərinin müraciətlərinə baxılıb. Vətəndaşların müraciətlərinin əksəriyyəti yaşayış məntəqələrinin qazlaşdırılması, işə qəbul, qaz xətlərinin yerinin dəyişdirilməsi və müxtəlif məsələlərlə bağlı olub.

"Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Əkbər Hacıyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. Birliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.
Oxşar xəbərlər:
Şərhlər: