» » Təhsil Nazirliyindən qərar: Məktəblərdə pəncərələr ləğv edilir

Təhsil Nazirliyindən qərar: Məktəblərdə pəncərələr ləğv edilir

12:20, 12.04.19
Manşet
Təhsil Nazirliyindən qərar: Məktəblərdə pəncərələr ləğv edilir
162 nömrəli məktəbin 8-ci sinif şagirdinin intiharından sonra Tahsil Nazirliyi radikal qərar qəbul edib.

Xezer.info "BakuPost"a istinadən xəbər verir ki, nazirlik bütün məktəblərə yuxarı mərtəbələrdə pəncərələri ləğv etməklə bağlı qeyri-rəsmi tapşırıq verib.

Bu barədə məlumat verən şəxs deyir ki, məktəb rəhbərliyi də tapşırıqdan sonra yuxarı mərtəbələrdəki pəncərələri bağlayıb, dəstəklərini çıxarıb ləğv edirlər. Bir çox məktəbdə isə yuxarı mərtəbələrin pəncərələrinə dəmir barmaqlılar quraşdırılır.

Mənbə bildirib ki, artıq Sabunçu rayonundakı 94 nömrəli məktəbdə nazirliyin bu tapşırığına əsasən pəncərələr ləğv edilib.

Msələyə münasibət bildirən Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Trend-ə açıqlamasında faktı təkzib edib. O, bildirib ki, Təhsil Nazirliyi bu barədə hər hansı qərar və ya göstəriş verməyib: "Məlumat tam yalandır. Heç bir orta məktəbdə pəncərələrin bağlanması prosesi yoxdur".
Oxşar xəbərlər:
Şərhlər: