» » Putin İlham Əliyevin evində çaya qonaq oldu

Putin İlham Əliyevin evində çaya qonaq oldu

09:21, 09.08.16
Manşet
Putin İlham Əliyevin evində çaya qonaq oldu
Avqustun 8-də Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putini evinə çay süfrəsinə dəvət edib. Prezidentlər çay süfrəsi arxasında səmimi söhbət ediblər.
Dövlət başçıları söhbət zamanı Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli Zirvə görüşünün çox uğurla başa çatdığını məmnunluqla qeyd edib, bu tədbirin ölkələrimiz arasında və regionda əməkdaşlığın gücləndirilməsi, əlaqələrin daha da inkişaf etdirilməsi baxımından önəmli rol oynayacağına əminliklərini bildiriblər.
Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayan prezidentlər əlaqələrimizin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar./Azərtac/
Oxşar xəbərlər:
Şərhlər: