» » "Whatsapp"a bu yenilik gəlsə, qarşı tərəfin yalanı ifşa olacaq

"Whatsapp"a bu yenilik gəlsə, qarşı tərəfin yalanı ifşa olacaq

17:20, 03.02.17
Maraq
"Whatsapp"a bu yenilik gəlsə, qarşı tərəfin yalanı ifşa olacaq
Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi "Whatsapp" iki möhtəşəm yenilik etməyə hazırlaşır.

Bu yeniliklərdən biri məkan bildirmə, digəri isə mesajları geri alma ilə əlaqəlidir.

Birinci yeniliyə görə, artıq mesajlaşdığınız şəxs razılıq versə, siz onun hansı məkandan mesaj yazdığını görəcəksiniz. Bu tamamilə istifadəçinin istəyindən asılıdır. Belə ki, o, istənilən anda bu funksiyanı deaktiv edə bilər. (Belə bir xidmət bir müddət əvvəl feysbuk messencerdə də aktiv idi)

İkinci yeniliyə görə isə, səhv göndərilən mesajları geri almaq, ya da silmək mümkün olacaq. Bu funksiya barəsində məlumat uzun müddətdir ki, yayılsa da, hələ də ictimaiyyətə təqdim olunmayıb.

///Milli.az
Oxşar xəbərlər:
Şərhlər: