» » Əbülfəz Məlikov "mənə dəyməyəcəklər" deyir... - Amma buna baxmayaraq...

Əbülfəz Məlikov "mənə dəyməyəcəklər" deyir... - Amma buna baxmayaraq...

17:30, 31.08.18
Müsahibə
Əbülfəz Məlikov "mənə dəyməyəcəklər" deyir... - Amma buna baxmayaraq...
Zamanında ölkənin gömrük sistemində böyük pullar qazanmış sabiq bir nömrəli broker, Transservice MMC-nin keçmiş rəhbəri Əbülfəz Məlikovla bağlı redaksiyamıza ilginc iddiaların yer aldığı məlumat göndərilib.

Belə ki, bilgiləndirən qaynağın iddialarına görə, son günlər yerli KİV-lərdə Əbülfəz Məlikovla bağlı neqativlərin davamlı şəkildə işıqlandırılması hələ bu gün də keçmiş brokeri himayı etməkdə olan qüvvələr tərəfindən narazılıqla qarşılanıb.

Mənbənin söylədikləri: "Burada söhbət təbii ki, konkret olarq fövqəladə hallar nairi Kəmaləddin Heydərovdan gedir. Hər halda, Əbülfəz Məlikov bütün proseslərdə sıradan bir icraçı olub. Və buna görə də o, hər zaman məsuliyyətdən yayına biləcəyini və yaxud da az cəza ilə canını qurtaracağını düşünür".

Mənbə bildirir ki, dəfələrlə Əbülfəz Məlikov özünə yaxın olan şəxslərin yanında da "onsuz da mənə kimsə dəyməyəcək, mənə dəysələr, dünya dağılar" kimi ifadələr işlətməklə, əslində, himayədarlarını hər an güdaza verməyə hazır olduğunu da diqqətlərə çatdırmış olur. Bu isə, təbii ki, bu gün də ona sahiblənən qüvvələr üçün arzuolunan situasiya anlamı daşımır.

Mənbə iddia edir ki, bu günlərdə Məlikovla bu barədə söhbət olunub. Bildirilənlər: "Ona deyilib ki, bütün bu söhbətlər qapansın. İndi isə Əbülfəz Məlikov söhbəti qapatmaq üçün yollar arayır".

Xatırladaq ki, zamanında mətbuatda Məlikova biət edən yetərincə qüvvələr də olub. İndi isə vəziyyət xeyli dəyişib.

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...
Azerinfo.az
Oxşar xəbərlər:
Şərhlər: