» » General Lənkərana gedəcək

General Lənkərana gedəcək

15:30, 17.09.18
Müsahibə
General Lənkərana gedəcək
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev sentyabrın 21-də saat 11:00-da Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində bu bölgədən olan vətəndaşları qəbul edəcək.

“Qafqazinfo” xəbər verir ki, qəbul zamanı bölgədə yerləşən-Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Oxşar xəbərlər:
Şərhlər: