» » “Yeniyetmə qız uşaqları masaj salonları haqqında elanlar paylayır” — Deputatdan AÇIQLAMA

“Yeniyetmə qız uşaqları masaj salonları haqqında elanlar paylayır” — Deputatdan AÇIQLAMA

15:00, 05.10.18
Siyasət
“Yeniyetmə qız uşaqları masaj salonları haqqında elanlar paylayır” — Deputatdan AÇIQLAMA
"Vətəndaş öləndə məzar yerini pulla alır. Bu pulu başqaları alır, amma məzarlığa baxılması, onun qorunmasına bələdiyyə qurumlarının səlahiyyətinə aid olunur".
Bu fikirləri Milli Məclisdə çıxışı zamanı deputat Fazil Mustafa deyib.

Millət vəkili bildirib ki, məzarlıqlarda torpağlın verilməsi də bələdiyyəyə verilməlidir:
“Bu təkcə məzar yerləri ilə bağlı məsələ deyil”.

Bələdiyyələrin səlahiyyətinin artırılmasını təklif edən deputat deyib ki, bu gün yeniyetmə qız uşaqları masaj salonları haqqında elanlar paylayır:
“Bələdiyyələrə səlahiyyət verilməlidir ki, öz ərazilərində təbliğat-təşviqat işləri aparsınlar, bu kimi işlərin qarşısını alsınlar. Yəni işi təkcə inzibati amirlik sistemi ilə deyil, bələdiyyələr vasitəsilə maarifləndirmə şəklində həyata keçirmək lazımdır.

Fazil Mustafa qeyd edib ki, qanunla qəlyan qadağan edilsə də, bu gün qəlyanxanalar fəaliyyət göstərməkdə davam edirlər:

“Təbii ki, onların sahiblərinin arxasında duran şəxslər var. Amma bu ziyanlı tendensiyadır. O baxımdan bələdiyyələrə səlahiyyət verilməlidir ki, bu kimi halların da qarşısını alsın”.
Oxşar xəbərlər:
Şərhlər: