» » Namizədlərin təşviqatı başa çatdı - Sabah seçkidir

Namizədlərin təşviqatı başa çatdı - Sabah seçkidir

11:16, 08.02.20
Siyasət
Namizədlərin təşviqatı başa çatdı - Sabah seçkidir
Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində namizədlərin seçkiqabağı təşviqat kampaniyası aparması üçün ayrılan vaxt başa çatıb.

"Xezer.info" xəbər verir ki, növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, namizədlərin seçkiqabağı təşviqat kampaniyası səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış, yəni fevralın 8-i səhər saat 08:00-da dayandırılır.

Qeyd edək ki, parlament seçkiləriylə bağlı namizədlər üçün təbliğat-təşviqat mərhələsinə yanvarın 17-də start verilmişdi.
Oxşar xəbərlər:
Şərhlər: