» » "Birinci başlayın Fazil Mustafadan" - Mirmahmud Mirəlioğlu

"Birinci başlayın Fazil Mustafadan" - Mirmahmud Mirəlioğlu

13:02, 08.06.16
Siyasət
"Birinci başlayın Fazil Mustafadan" - Mirmahmud Mirəlioğlu
"Bu nə təhər hörmətdir ki, mən gözükölgəliyəm, danışsam zibilin üstü açılar?"




Klassik Xalq Cəbhəsi Partiysının sədri, Gəncə hadisələri ilə bağlı vaxtilə yaradılmış deputat istintaq komissiyasının üzvü olmuş Mirmahmud Mirəlioğlu Moderator.az - a açıqlamasında tanınmış hüquqşünas Aslan İsmayılovun bir neçə gün öncə saytımızda gedən silsilə müsahibəsində barəsində səslənən fikirlərə etirazını bildirib:

"Doğrusu gözləyirəm ki, Aslan bəyin dörd seriyalı açıqlamalarında adı keçən adamlardan münasibət öyrənəsiniz. Mən bunu səbrsizliklə gözləyirəm. Çünki orda elə şeylər var ki, onlara münasibət bildirməmək ayıb olar. Özü də Aslan bəyin bu müsahibələrini saytınızda kifayət qədər çox adam oxuyub, ona görə də gərək adı keçənlərə də cavab haqqı tanınsın ki, insanlarımız aldanmasın, həqiqətin harada olduğunu müəyyənləşdirə bilsinlər. Qoy adamlar danışsınlar. Birinci başlayın Fazil Mustafadan. Mən də sizin saytın nüfuzuna, özünüzün dürüstlüyünüzə görə obyektiv bir münasibət gözləyirdim ki, bizdən də nəsə soruşasınız. Yalnız onda ətraflı cavab verəcəyəm. Amma Aslan bəyə indidən bir mesajım var. Aslan bəy deyir ki, mənim Mirmahmud Mirəlioğluna hörmətim var. Bu nə təhər hörmətdir ki, müsahibədəki fikirlərindən belə anlaşılır ki, guya mən gözükölgəliyəm, danışsam zibilin üstü açılar. Belə hörmət olar?”

Mirmahmud bəyə bildirdik ki, Aslan İsmayılov bunları deyərkən sizi nəzərdə tutmayıb, razılaşmadı:

“Birbaşa mənə deyir. Həm müsahibənin əvvəlində, həm sonunda var. Mənə necə hörmət edir ki, deyir gözükölgəlidir və bir-birinin zibilini açmaqdan qorxurlar? Deyir ki, məni başa düşə bilmir. Aslan bəy başa düşmədiyi adama nə təhər hörmət edə bilər?"
Oxşar xəbərlər:
Şərhlər: