» » Parlamentdə soyad müzakirəsi

Parlamentdə soyad müzakirəsi

12:00, 05.10.18
Sosial
Parlamentdə soyad müzakirəsi
“İnsanların soyadları ilə bağlı məsələdə dəyişiklik olunsa yaxşı olar. Görürəm ki, bu məsələdə vətəndaşlar könüllü deyil”.

“Qafqazinfo” xəbər verir ki, bu təkliflə deputat Fərəc Quliyev parlamentin bu gün keçirilən iclasında çıxış edib. O qeyd edib ki, yeni nəsil kimliklərdə yeni soyadlarla çıxış etmək üçün insanlar müraciətlər etməlidir: “İndi 1937-ci il deyil. Bunu etmək olar. Bu könüllü edilmirsə, müvafiq icra strukturu müəyyən təklif verə bilər. Cümhuriyyətin 100 illliyi ərəfəsində belə bir dəyişikliyin edilməsi çox yaxşı olardı”.

Müzakirələrə qoşulan Aqil Abbas deyib ki, insanlara məcburi qaydada soyadlarını dəyişdirmək olmaz: “ Onların nəsil şəcərəsi var. Bütün nəslə bunu etmək düzgün deyil. Yavaş-yavaş maarifləndirmə yolu ilə bunu həyata keçirməlidir”.

Daha sonra spiker Oqtay Əsədov zarafatla mövzuya belə müdaxilə edib: “ Əli (Hüseynli) müəllim, mən elə bildim ki, siz Fərəc müəllimə sual verəcəksiniz ki, sən özün niyə soyadını dəyişdirmirsən?”

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, indi yeni nəsil familiyaların fərqli sonluğundan istifadə edir: “Burada heç bir problem yoxdur. Köhnə nəslin isə öz soyadını dəyişdirmək istəyi onların öz seçimidir”.
Oxşar xəbərlər:
Şərhlər: