» » 14 noyabr - Ümumdünya Diabetlə Mübarizə Günüdür

14 noyabr - Ümumdünya Diabetlə Mübarizə Günüdür

08:08, 14.11.19
Sosial
14 noyabr - Ümumdünya Diabetlə Mübarizə Günüdür
14 noyabr - Ümumdünya Diabetlə Mübarizə Günüdür.  

"Xezer
İnfo"nun məlumatına görə, bu günün qeyd olunmasının məqsədi diabetlə bağlı qlobal maarifləndirmənin artırılması və bu xəstəliyin inkişafının qarşısını almağın yollarını axtarmaqdır. 1991-ci ildən Beynəlxalq Diabet Federasiyası və Dünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə hər il qeyd olunan gün şəkərli diabetə qarşı insulini kəşf edən fizioloq Fredrik Bantinqin doğum günü ilə bağlıdır.

Diabet ailələr, dövlətlər və bütünlükdə dünya üçün ciddi təhlükə törədən, kəskin ağırlaşmalarla müşayiət olunan, müalicəsi çoxlu vəsait tələb edən xroniki xəstəlikdir. Hazırda dünyada 250 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir. Hər il dünyada vəfat edən insanların 5 faizi məhz diabet nəticəsində dünyasını dəyişir.





Daha ətraflı

Şəkərli diabet tibbi, sosial, iqtisadi, psixoloji və digər problemlər də yaradır.

Dünya Səhiyyə Təşkilatı 2006-cı ildə xüsusi bəyannamə qəbul edərək şəkərli diabeti "ağır xroniki xəstəlik" kimi səciyyələndirmişdir.
Oxşar xəbərlər:
Şərhlər: