» » Azərbaycanda bütün uşaqlara peyvənd vurulacaq - Nazir əmr verdi

Azərbaycanda bütün uşaqlara peyvənd vurulacaq - Nazir əmr verdi

11:58, 12.04.19
Xəbər
Azərbaycanda bütün uşaqlara peyvənd vurulacaq - Nazir əmr verdi
Səhiyyə naziri Oqtay Şirəliyev Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda keçirilən “İmmunlaşdırma həftəsi”nin ölkəmizdə də yüksək səviyyədə təşkili haqqında əmr imzalayıb.

“Qafqazinfo”nun məlumatına görə, əmrə əsasən 2019-cu ilin aprel ayının 24-30 tarixlərində Respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” nin təşkili Səhiyyə Nazirliyin tibbi idarə və müəssisələrinin rəhbərlərinə tapşırılıb.

Hər hansı səbəbə görə immunlaşdırmadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb edilməsi, ÜST dəstəyi ilə “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərlə əhatə səviyyəsinə nəzarət məqsədilə Respublikanın rayonlarında monitorinqin keçirilməsi, əhalinin bu barədə maarifləndirilməsinin təminatı kimi mühüm məsələlər də sənəddə öz əksini tapıb.
Oxşar xəbərlər:
Şərhlər: