» » Daha bir qurum havaya görə iş rejimini gücləndirdi

Daha bir qurum havaya görə iş rejimini gücləndirdi

11:07, 08.02.20
Xəbər
Daha bir qurum havaya görə iş rejimini gücləndirdi
“İlin 365 günü 24 saat fasiləsiz olaraq elektrik enerjisi istehsal etdiyindən hər zaman növbətlilik prinsipi ilə fəaliyyət göstərən “Azərenerji” ASC hava şəraitinin dəyişəcəyi ilə bağlı xüsusi xəbərdarlığa uyğun olaraq, iş qrafikini bir qədər də gücləndirib”. 

Bu barədə “Qafqazinifo”ya məlumat verən “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev bildirib ki, idarə və müəssisə rəhbərlərinə tapşırılıb ki, enerjisistemdə qəza hallarının baş verməməsi və yarana biləcək hər hansı qəza hallarının operativ aradan qaldırılması məqsədilə elektrik şəbəkələrində, stansiyalarında və sistem əhəmiyyətli yarımstansiyalarda  bütün işçilər iş yerlərində olsun, rəhbər vəzifəli şəxslər iş rejiminə nəzarəti gücləndirsinlər. 
Oxşar xəbərlər:
Şərhlər: