» » Ramiz Mehdiyevin dövlətə qıcadığı diş sındırıldı

Ramiz Mehdiyevin dövlətə qıcadığı diş sındırıldı

20:29, 22.08.20
Bu gün
Ramiz Mehdiyevin dövlətə qıcadığı diş sındırıldı
İki gündür ki, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin nəvəsi Fidan Əliyevanın toy mərasimi gündəmi məşğul edib. Yenisabah.az xatırladır ki, bu olayın qalmaqala səbəb olması koronavirus pandemiyası ilə əlaqədar kütləvi tədbirlərin, o cümlədən toyların qadağan edilməsidir.Ramiz Mehdiyevin nəvəsinin toyundan görüntülər yayılar-yayılmaz ictimaiyyət buna sərt təpki göstərdi. Çünki indiyə qədər xeyli sayda toy və ad günü mərasimləri keçirən vətəndaşlar barədə inzibati tədbir görülüb. Özü də bütün bunlar ictimai şəkildə edilib. Yəni, karantin qaydalarını pozanların saxlanılması foto və videolarla cəmiyyətə nümayiş etdirilib. İctimai-siyasi seqment bunu əsas gətirərək hökuməti bu məsələdə də oxşar addımlar atmağa çağırıb.



Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevin və həmin toyda xanımı, Ombudsman Səbinə Əliyeva ilə birgə iştirak edən Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzovun açıqlamaları isə ictimai təpkinin dozasını bir qədər də artırıb. Hər iki şəxs məsələ ilə bağlı qızışdırıcı fikirlər səsləndirb.



İlham Əliyev deyib ki, toydan yayılan videoda tarix göstərilmədiyi üçün heç kim mərasimin karantin dövründə təşkil olunduğunu sübut edə bilməz. Halbuki, bunu sübut etmək üçün tarixə ehtiyac yoxdur. Çünki mərasimdən yayılan videoda ofisiantların tibbi maska taxdığı aydın görünür. Siyavuş Novruzov isə “İştirak eləmişəm, düz eləmişəm” deməklə karantin qaydalarını pozdmağına haqq qazandırıb.



Toy sahiblərinin, eyni zamanda iştirak edənlərin saymazyana fikirləri ictimai rəydə hökumətin hansısa tədbir görəcəyinə şübhələri artırıb. Ramiz Mehdiyev faktorunu əsas gətirən bir çox fəallar qanunu pozanların cəzasız qalacaqlarını iddia ediblər. Lakin deyilənlərin əksi baş verib. Bu gün səhər saatlarında Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev və qudası Rövşən Mustafayev polis tərəfindən saxlanılaraq məhkəmə qarşısına çıxarılıb. Abşeron Rayon Məhkəməsinin hakimi Şövkət Nəcəfova hər iki şəxs barəsində 15 sutkalıq həbs qərarı çıxarıb.



Bu olay ictimai təpkinin gücünü göstərməklə yanaşı dövlətin də dişsiz olmadığını ortaya qoydu. Dövlətə meydan oxumağa cəhd edənlərin dişi sındırıldı. Aydın oldu ki, artıq toxunulmaz şəxs yoxdur və qanunu pozanlar kimliyindən asılı qolunda qandal görəcəklər. Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev kimi...
Oxşar xəbərlər:
Şərhlər: