» » Hacı Nuran şəhid oğlunun kirvəsi olacaq - FOTOLAR

Hacı Nuran şəhid oğlunun kirvəsi olacaq - FOTOLAR

18:39, 08.09.20
Bu gün
Hacı Nuran şəhid oğlunun kirvəsi olacaq - FOTOLAR
Hacı Nuran Hüseynov Tovuz döyüşlərində şəhid olmuş Elşad Dönməz oğlu Məmmədovun 9 aylıq övladının kirvəsi olacaq.

Xezer.info xəbər verir ki, bu barədə Hacı Nuran özü məlumat verib.

"07.09.2020 ... Tovuz rayonu ... Ağdam kəndi ...Yenidən mənə doğma olan bir evdəyəm ... Tovuz rayonunun Ağdam kəndində ... Bu ev məni öz əzizi kimi qarşıladı ... Bu ailə məni ən yaxın adamı kimi salamladı ... O körpə də sanki məni tanıyırmış kimi üzümə gülümsədi ... Axı mən onun kirvəsi olacağam ... Sanki 9 aylıq bu möcüzə də bu doğmalığı hiss edib ... Bu doğmalıq onun kirvəsi olacağım xəbəri aldığım gündən boy verirdi ... O gün həyəcandan nə deyəcəyimi bilmədim ... Elə bir məsuliyyət yükləndi ki boynuma mən bəlkə də bundan sonra özümdən daha çox muğayat olmağa borclandım ... Çünki bundan sonra bir körpəyə dayılıq, əmilik, doğmalaq etmək missiyası mənə həvalə olunmuşdu ... Özü də şəhid balasına ... Bəli, həyatımda heç vaxt gözləməyəcəyim bir təklif idi şəhid Elşad Dönməz oğlu Məmmədovun 10.01.1996 - 12.07.2020 körpə oğlunun kirvəsi olmaq ... Əslində, mən dəfələrlə uşaq evlərində sünnət yığıncaqlarında iştirak etmiş, neçə-neçə valideyn himayəsindən məhrum olan uşağın kirvəsi olmaq şərəfinə nail olmuşdum ... Və bu missiyam artıq 20 ildən bəri davam edir və hardasa 400 uşağa mənəvi əmilik etmək qismətim olub ... Amma bu təklif məni biranlıq silkələdi sanki ... Çünki şəhid Elşad Məmmədovun oğluna kirvəlik edəcəyim ağlıma belə gəlməzdi ... Tanrı bu missiyanı da alnıma yazıbmış demək ki ... Sözsüz ki mən təklifi qəbul etdim ... Bəlkə də şəhid Elşad Məmmədovun ruhu bunu istəmişdi ... Axı bu həyatda heç nə təsadüfən olmur ... Çox razıyam Tanrımdan da, taleyimdən də ... Bəlkə beləcə çıxa bildim bir şəhid ruhu qarşısındakı borcumdan ... Bəlkə beləcə şad edə bildim bir nakam atanın narahat ruhunu ... Hər nədirsə, çox xoşbəxtəm ... 9 aylıq Məhəmmədin kirvəsi olacağım üçün", - deyə Hacı Nuran bildirib.
Hacı Nuran şəhid oğlunun kirvəsi olacaq - FOTOLAR
Hacı Nuran şəhid oğlunun kirvəsi olacaq - FOTOLAR
Hacı Nuran şəhid oğlunun kirvəsi olacaq - FOTOLAR
Oxşar xəbərlər:
Şərhlər: