» » Koronavirusu məhv etməyin sadə üsulu tapıldı

Koronavirusu məhv etməyin sadə üsulu tapıldı

17:17, 16.12.20
Bu gün
Koronavirusu məhv etməyin sadə üsulu tapıldı
İsrailin Təl-Əviv Universitetinin alimləri tərəfindən aparılan təcrübələr koronavirusun ultrabənövşəyi şüalar vasitəsi ilə asanlıqla məhv edilə biləcəyini göstərib. Tədqiqatçılar virusu 99,9 faiz məhv edən optimal dalğa uzunluğunu müəyyənləşdiriblər.

AZƏRTAC "Journal of Photochemistry and Photobiology B: Biology” jurnalına istinadla xəbər verir ki, alimlər yeni biliklərin ictimai məkanların və nəqliyyat vasitələrinin, sonradan isə yaşayış binalarının effektiv dezinfeksiyasına yardım edəcəyini düşünür.

"Biz az enerji işlədən və tərkibində civə olmayan ucuz və əlçatan diod lampalarından istifadə edərək koronavirusu məhv etdik. Onlardan insan fəaliyyətinin bütün sahələrində istifadə etmək mümkün olacaq”, - deyə tədqiqatın müəllifi Hadas Maman bildirib.

Alimlər, həmçinin koronavirusun səthlərdə qalma müddətini də dəqiqləşdirib. Belə ki, COVID-19 virusu kağız üzərində 3 saat, paltarda və emal olunmuş taxtada 2 gün, şüşədə 4 gün, plastik məmulatlarda və tibbi maskaların səthində isə 7 gün qala bilir.
Oxşar xəbərlər:
Şərhlər: