» » Azərbaycanda son sutkada 277 nəfər koronavirusa yoluxub

Azərbaycanda son sutkada 277 nəfər koronavirusa yoluxub

18:35, 20.07.22
Bu gün / Cəmiyyət
Azərbaycanda son sutkada 277 nəfər koronavirusa yoluxub
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 277 yeni yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 795 190 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 784 181 nəfər müalicə olunaraq sağalıb, hazırda 1 282 aktiv xəstə var. Bu günə qədər 9 727 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 523, bu günə qədər isə ümumilikdə 7 011 596 test icra olunub.
Oxşar xəbərlər:
Şərhlər: