» » Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

20:06, 04.09.22
Bu gün / Cəmiyyət
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 113 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 202, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 160, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 658, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 93 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 865 338, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 374 904, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 863 804, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 366 973, pozitiv nəticədən sonra buster doza olunanların sayı 259 657 təşkil edir.
Oxşar xəbərlər:
Şərhlər: