» » Azərbaycanda 396 nəfər COVID-19-a yoluxub, 5 nəfər ölüb

Azərbaycanda 396 nəfər COVID-19-a yoluxub, 5 nəfər ölüb

19:58, 08.09.22
Bu gün / Cəmiyyət
Azərbaycanda 396 nəfər COVID-19-a yoluxub, 5 nəfər ölüb
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 396 yeni yoluxma faktı qeydə alınıb, 553 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 5-i vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 816 985 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 804 115 nəfər müalicə olunaraq sağalıb, 9 843 nəfər vəfat edib, aktiv xəstə sayı 3 027 nəfərdir.

Ölkədə son sutka ərzində 3 772, hazırkı dövrədək isə 7 184 639 test aparılıb.
Oxşar xəbərlər:
Şərhlər: