» » Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

20:30, 11.09.22
Bu gün / Cəmiyyət
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1234 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 291, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 167, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 665, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 111 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 873 818, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 377 080, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 864 956, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 371 347, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 260 435 nəfər təşkil edir.
Oxşar xəbərlər:
Şərhlər: