» » Prezidentdən qaçqınlara müjdə: Aylıq 36 manatın məbləği artırılır - Eksklüziv

Prezidentdən qaçqınlara müjdə: Aylıq 36 manatın məbləği artırılır - Eksklüziv

10:00, 31.01.17
Cəmiyyət
Prezidentdən qaçqınlara müjdə: Aylıq 36 manatın məbləği artırılır - Eksklüziv
Prezidenti İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərmana düzəliş oluna bilər

Bu barədə Politika.Az-ın əldə etdiyi məlumata görə, köçkünlərə veriləcək müavinətin məbləği artırıla bilər.

Məcburi köçkünlərin ehtiyaclarını qarşılamaq və onlara dövlət qayğısını artırmaq istiqamətində addımlar atılacağı bildirilir. Məlumata görə, bu il müavinətlərin məbləğinin 36 manatdan yuxarı olacağı gözlənilir.

Tarif Şurasının kommunal xidmətləri bahalaşdırmasından sonra prezidentin limiti artırması barədə tapşırığın analoji addımı qaçqınlarla bağlı atıla bilər.

Gələn xəbərlərə görə, müavinətlərin 40-42 manata çatdırılması nəzərdən keçirilir. Dövlət başçısının köçkünlərə müjdəsinin yaxın vaxtlarda açıqlanacağı deyilir.

Bu qərarla bağlı müzakirələr getdiyi xəbər verilir. Hökumət məcburi köçkünləri narazı salmaq istəmir. Ölkə rəhbərliyi hər zaman bu təbəqəyə qarşı həssas və diqqətli olub.

Politika.Az-ın əldə etdiyi məlumata görə, bu mənada köçkünlərə veriləcək müavinətin məbləği artırıla bilər.

Deputat Elman Məmmədov qeyd edib ki, hər birimiz çalışmalıyıq ehtiyacı olan camaatımıza kömək olaq: “Burada elə təbəqə var ki, onların ehtiyacları böyükdür. Əhaliyə məsələni aydınlaşdırmaqla bərabər, ciddi təhlillər də aparılmalıdır.

Müvafiq orqanların əsas borcu da bu istiqamətdə işlər aparmaqdır. Təbii ki, biz də millət vəkili olaraq üzərimizə düşən vəzifəni çalışacağıq ki, onlarla bərabər icra edək. Çalışacağıq ki, hər şey inzibati qaydada yox, əhalinin tələblərinə uyğun şəkildə həll olunsun”.

Onu da deyək ki, hakimiyyət işğal edilmiş rayonlarımızdan millət vəkili seçilənlər qarşısında sərt tələblər qoyub.

Deputatlardan məcburi köçkünlərlə təması artırmaq istənilib. Son günlər mediada məcburi köçkünlərlə bağlı müzakirələr gedir, müxtəlif fikirlər səslənir, təkliflər irəli sürülür.

Qaçqınların heysiyyatına toxunan tezislər də mətbuat səhifələrində görünür ki, iqtidar kifayət qədər həssaslıq nümayiş etdirir.

Məcburi köçkünlərə ayrılan vahid müavinətdən sonra deputatlara təlimat verilib ki, onlarla tez-tez görüşsünlər, problemlərini dinləsinlər, narazı qaçqın ordusu yetişməsinə zəmin yaratmasınlar.
Oxşar xəbərlər:
Şərhlər: