» » Prezident ailəsi ilə birlikdə gənc əsgərlərin andiçmə mərasimində - Fotolar + Yenilənib

Prezident ailəsi ilə birlikdə gənc əsgərlərin andiçmə mərasimində - Fotolar + Yenilənib

11:30, 16.09.18
Cəmiyyət
Prezident ailəsi ilə birlikdə gənc əsgərlərin andiçmə mərasimində - Fotolar + Yenilənib
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) N saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.

***

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev Ali Baş Komandan İlham Əliyevə raport verib.

Prezident və xanımı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyublar. Hərbi hissənin komandiri andiçmə mərasiminə hazırlıq barədə Ali Baş Komandana məruzə edib.

Sonra döyüş bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirilib. Bunun ardınca Vətən uğrunda həlak olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səslənib.

Daha sonra gənc əsgərlər and içiblər.

İlham Əliyev şəxsi heyəti təbrik edərək əsgərlərə uğurlar arzulayıb. Sonra
gənc əsgərlərin valideynləri ilə söhbət edib.

Sonda xatirə şəkilləri çəkdirilib.
Prezident ailəsi ilə birlikdə gənc əsgərlərin andiçmə mərasimində - Fotolar + Yenilənib
Prezident ailəsi ilə birlikdə gənc əsgərlərin andiçmə mərasimində - Fotolar + Yenilənib
Prezident ailəsi ilə birlikdə gənc əsgərlərin andiçmə mərasimində - Fotolar + Yenilənib
Oxşar xəbərlər:
Şərhlər: