» » Azərbaycanda son sutkada koronavirusun statistikası

Azərbaycanda son sutkada koronavirusun statistikası

17:56, 19.02.21
Cəmiyyət
Azərbaycanda son sutkada koronavirusun statistikasırbaycanda bu gün koronavirus infeksiyasına 145 yeni yoluxma faktı qeydə alınıb, 155 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə AzToday.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada 3 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 232636 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 227271 nəfər müalicə olunaraq sağalıb, 3190 nəfər vəfat edib. Hazırda 2175 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7216 , bu günə qədər isə ümumilikdə 2 528 610 test icra olunub.
Oxşar xəbərlər:
Şərhlər: