» » Yaşı 18-dən aşağı şəxslər Şuşaya gedə biləcək?

Yaşı 18-dən aşağı şəxslər Şuşaya gedə biləcək?

16:22, 13.05.22
Cəmiyyət
Yaşı 18-dən aşağı şəxslər Şuşaya gedə biləcək?
İşğaldan azad edilmiş ərazilərə getmək istəyən, yaşı 18-dən aşağı olan vətəndaşlara bilet satılmır.

Bu qadağa nə vaxt aradan götürüləcək?

Axar.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Trend-ə açıqlamada məsələnin gündəmdə olmadığı bildirilib.

"İşğaldan azad edilmiş ərazilərə təşkil olunan avtobus reyslərinə ilkin mərhələdə yaşı 18-dən yuxarı Azərbaycan vətəndaşları bilet ala bilər. Yaşı 18-dən aşağı vətəndaşlara azad edilmiş ərazilərə valideynlərin müşayiəti ilə də getməyə icazə verilmir. Əsas səbəb uşaqların təhükəsizliyidir. Növbəti mərhələlərdə bu məsələyə baxılacaq", - açıqlamada deyilir.

Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə yanvarın 24-də ilk müntəzəm avtobus marşrutları istifadəyə verilib. Biletlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq marşrut proqramı ilə inteqrasiya olunmaqla yaradılan www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada satılır.
Oxşar xəbərlər:
Şərhlər: