» » Prezidentin tapşırığını pozur, Emin Əmrullayevi heçə sayır - "Burada mənəm Bağdadda Kor Xəlifə" deyən Nurlana Həsənova - İsa Qəmbərin qohumudur

Prezidentin tapşırığını pozur, Emin Əmrullayevi heçə sayır - "Burada mənəm Bağdadda Kor Xəlifə" deyən Nurlana Həsənova - İsa Qəmbərin qohumudur

13:18, 24.05.22
Cəmiyyət / Manşet
Prezidentin tapşırığını pozur, Emin Əmrullayevi heçə sayır - "Burada mənəm Bağdadda Kor Xəlifə" deyən Nurlana Həsənova - İsa Qəmbərin qohumudur
Samux rayon Təhsil Şöbəsinin keçmiş müdiri , hazırda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində sektor müdiri kimi çalışan Nurlana Həsənova yenidən gündəmə gəlib.

AMİA.AZ -ın redakasiyasına edilən şikayətdə bilriirlir ki, N.Həsənəova “Burada mənəm, Bağdadda Kor Xəlifə” deyərək at oynadır. O heç kimin fikrini önəmsəmir, öz qaydaları ilə hərəkət edir, təhsil adamı kimi yox, əsl “vor-zakon” tərzi öz ideyalarını reallaşdırır.

Təhsil Şöbəsinin müdiri öz çirkin əməllərindən əl çəkmir, prezident İlham Əliyevin tapşırığını da kobud şəkildə pozur.
Qarabağ Qazilərinin, şəhid ailələrinin haqqına girir.

O Samux rayon Təhsil Şöbəsinin müdiri olarkən məktəbə öz kadrını müvəqqəti direktor kimi yerləşdirib. Məktəbdə yığılan bütün gəlirlər də məhz Nurlana xanımın cibinə gedir.
Həmin məktəbdə Nurlana Həsənova vaxtı ilə direktor işləyib.

Qeyd edək ki, prezident tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan "MARAFON" işaxtarma vasitəsi ilə Qarabağ qaziləri, Şəhid ailələrinin işlə təmin olunması haqda göstəriş verilib. Lakin Nurlana Həsənova ölkə başçısının tapşırığını kobud şəkildə pozaraq, digər şəxsləri, onun “cibinə” çalışacaq şəxsləri, qohumlarını “Marafon” vasitəsilə deyil, dolayı yolla Təhsil şöbəsinə tabe olan məktəblərdə işlə təmin edir. Bu da qanun pozuntusudur. Çünki Qarabağ qaziləri, Şəhid ailələrinin üzvlərinin ilk öncə işlə təmin olunması haqqında prezidentin göstərişi vardır. Amma bu göstəriş Samux rayonunda icra olunmur.

İşə qəbul edilənlərdən tələb olunan tasları Nurlana xanımın anası şəxsi mağazasına oturaraq qəbul edir. Əvvəllər bu “vəzifə”ni Nurlana Həsənovanın qardaşı icra edirdi. Qardaşı həbsə girdiyi üçün həmin “mötəbər vəzifə”ni anasına tapşırıb.

Nurlana Həsənovanın bacısı Nuridə Həsənova həm məktəbdə çalışır, həm də Samux Rayon Uşaq və Gənclər İnkişaf mərkəzində də çalışıb.

Belə ki, məktəbdə kimya-biologiya tədrisindən 35 saat dərs məhz sabiq direktor Nurlana Həsənovanın bacısı Nuridə Həsənovaya ayrılıb.

Təhsil nazirliyinin dərs bölgüsü haqqında qərarını nəzərə alsaq, yəni maksimum dərs yükünün 36 saat olmasını, belə çıxır ki, Nurlana Həsənova dogma bacısına üzgörənlik, daha doğrusu, görüm-baxım edib. Yeri gəlmişkən qeyd edək ki, hazırda bir ştat dərs vahidi bu günkü gün də 12 saatdır.

Saytımıza verilən məlumata görə, Nurlana Həsənova Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin yaxın qohumudur.Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.
Oxşar xəbərlər:
Şərhlər: