» » Dərmanlar baha satılır- VİDEO

Dərmanlar baha satılır- VİDEO

00:59, 05.07.16
Cəmiyyət
Dərmanlar baha satılır- VİDEO
Dərman vasitələrinin 99 faizinin qiyməti Tarif Şurası tərəfindən tənzimlənib. Bunların da təqribən, 76 faizi yeni qiymətlərlə satışdadır. Lakin, bəzi bölgələrdə dərmanlar Tarif Şurasının müəyyən etdiyi qiymətlərdən baha satılır. Bu cür aptekləri cəza gözləyir.

Bəzi dərmanlar tarif şurasının təyin etdiyi qiymətdən baha satılır. Məsələn,”Spazmalqon” və “Novasetrin” kimi… Tarif şurası tərəfindən “Spazmalqon”un 2 list olan qutusu 2 manat 95 qəpik,”Novasetrin”in 1 qutusu isə 3 manat 94 qəpik müəyyən edilib. Cəlilabad və Tovuzda isə vəziyyət fərqlidir.

Apteklərdən də bildirdilər ki,”Spazmalqon” tək list halında satıldıqda,qiymət hər qutuda 5 qəpik artıq olur. Tarif Şurasından bildirildi ki, qiymət artımı ilə rastlaşan vətəndaşlar İqtisadiyyat Nazirliyinin çağrı mərkəzinə müraciət etsinlər.

İqtisadiyyat Nazirliyindən isə “Xəzər Xəbər”ə bildirildi ki,bu cür hallarda həmin aptekin lisenziyasının ləğv edilməsi üçün məsələ qaldırılır və dərmanın baha satılmasından əldə edilən vəsait dövlət büdcəsinə köçürülür.Ümumilikdə isə dərmanların 99 faizinin,yəni 9632-sinin qiyməti tənzimlənib. Bunların da 7300-ü yeni qiymətlə satışdadır,digərlərinin qiymətləri isə sentyabrın 1-dən etibarən qüvvəyə minəcək.
Oxşar xəbərlər:
Şərhlər: