» » Lavrov Bakıda olanda Laçın niyə atəşə tutuldu?

Lavrov Bakıda olanda Laçın niyə atəşə tutuldu?

20:43, 24.06.22
Cəmiyyət
Lavrov Bakıda olanda Laçın niyə atəşə tutuldu?
Lavrovun Bakıda olduğu vaxt törədilən bu təxribat xüsusilə diqqət çəkir və son proseslər fonunda hücumun hədəflərini anlamaq mümkündür.

Birincisi, İrəvan sərhədin delimitasiyası prosesində istəyinə nail olmaq istəyir:

Lavrov Prezident İlham Əliyevin qəbulunda bildirdi ki: "Rusiya sərhədlərin delimitasiyası və demarkasiyası üçün yaradılmış iki komissiyanın xətti üzrə işə məsləhət xidmətləri göstərməyə də hazırdır, bu barədə konkret təkliflər var, onları Sizinlə müzakirə etməyə şad olaram".

Moskva delimitasiya prosesində "hakim" rolunu qorumaq istəyir, təkliflər də bu yöndədir, lakin bunun üçün Bakının mövqeyi nəzərə alınmalıdır. Ermənistan delimitasiyasının SSRİ dağılanda mövcud olan xətlər üzrə aparılmasını istəsə də, Azərbaycan SSRİ dövrünün, hətta XX əsrin əvvəlindən mövcud olan xəritələrin əsas götürülməsini tələb edir və istisna deyil ki, Lavrovla müzakirə edilən məqamlardan biri də budur. Delimitasiya komissiyasının Moskvada keçiriləcək növbəti görüşə qədər bu məsələlər həllini tapmalıdır, çünki Rusiyanın marağında olan kommunikasiyasının açılması üçün sərhədin müəyyən edilməsi prosesi başlanmalıdır.

Lavrovun Bakıda müzakirə apardığı vaxt ermənilərin təxribat atəşi açması "Delimitasiya prosesində Ermənistanın mövqeyi nəzərə alınmalıdır" mesajının çatdırılmasına hesablanıb.

İkincisi, açılan atəş Laçın şəhərinin Azərbaycana təhvil verilməsinə qarşı mümkün təxribatın başlanğıcı ola bilər.

10 noyabr razılaşmasına uyğun olaraq, şəhərin mərkəzindən keçən dəhlizin yeni marşrutunun hazırlanması sürətlə həyata keçirilir. Məlumatlara görə, yeni yol ən tez 1 iyul tarixinə, ən gec ilin sonuna kimi istifadəyə verilə bilər. Bakıda Lavrovla bu məsələnin də müzakirə edildiyi mümkündür. Ermənilərin Laçın istiqamətində atəşkəsi pozması Laçın şəhərinin təhvil verilməsinə qarşı addımlara start verildiyi gözləntisini də ön plana çıxarır.

Sərhəd komissiyasının Moskvada keçiriləcən növbəti görüşünə qədər sərhəddə erməni təxribatlarının intensivləşəcəyi də istisna deyil./Axar
Oxşar xəbərlər:
Şərhlər: