» » Qasırğada ölü sayı 65-ə çatdı - Diri-diri torpağın altında qaldılar

Qasırğada ölü sayı 65-ə çatdı - Diri-diri torpağın altında qaldılar

10:30, 17.09.18
Dünya
Qasırğada ölü sayı 65-ə çatdı - Diri-diri torpağın altında qaldılar
Filippində hökm sürən “Manqhut” qasırğasında ölənlərin sayı 65-ə çatıb.

“Qafqazinfo” xəbər verir ki, təbii fəlakətdə 64 nəfərin xəsarət aldığı, 43 insanın isə itkin düşdüyü bildirilir.

Torpaq sürüşmələri çox sayda insanın diri-diri torpağın altında qalmasına səbəb olub. Hazırda 100-lərlə xilasedici onların axtarışına cəlb edilib.

Ötən həftə sonu Filippində başlayan və saatda 200 kilometr sürətlə hərəkət edən qasırğa Çinin cənub sahillərinə də çatıb. Artıq 100 milyondan çox insanın yaşadığı Guangdong əyalətində qasırğa 4 nəfərin ölümünə səbəb olub. 2,5 milyon insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Qasırğaya görə Çin və Filippində yüzlərlə aviareys ləğv edilib, qatar səfərləri dayandırılıb və bəzi quru yolları bağlanıb.

Qeyd edək ki, hazırda ABŞ-ın qərb sahillərində “Florens” qasırğası hökm sürür. ABŞ-da qasırğadan ölənlərin sayı isə 17-yə çatıb.
[img=left]http://qafqazinfo.az/uploads/1537164267/-=]-=.Jpeg[/img]
Qasırğada ölü sayı 65-ə çatdı - Diri-diri torpağın altında qaldılar
[img=left]http://qafqazinfo.az/uploads/1537169959/l;o.jpg[/img]
Qasırğada ölü sayı 65-ə çatdı - Diri-diri torpağın altında qaldılar
Qasırğada ölü sayı 65-ə çatdı - Diri-diri torpağın altında qaldılar
Oxşar xəbərlər:
Şərhlər: