» » Dünya 20 illik müharibəyə hazırlaşsın! - ŞOK PROQNOZ

Dünya 20 illik müharibəyə hazırlaşsın! - ŞOK PROQNOZ

11:00, 20.09.18
Dünya
Dünya 20 illik müharibəyə hazırlaşsın! - ŞOK PROQNOZ
Çin və ABŞ arasında ticarət müharibələri yaxın vaxtlarda başa çatmayacaq, 20 il davam edə bilər.

TASS agentliyi xəbər verir ki, bu fikirlə “Alibaba Qrup Holdinq”in banisi Cek Ma çıxış edib.

“Çin-Amerika münasibətlərinin inkişafı prosesində texnologiya inqilabı dövründə ticarət qarşıdurmaları qaçılmaz olur. Onlar tezliklə iki ay, hətta iki il sonra qurtarmayacaq. Dünya Çin və ABŞ arasında 20 illik ticarət müharibəsinə hazır olmalıdır”, - şirkətin Durektorlar Şurasının sədri bildirib.

Cek Manın sözlərinə görə, bu münaqişədən ən çox kiçik və orta biznes zərər çəkəcək. Korporasiyanın banisi həmçinin proqnozlaşdırır ki, yaxın 10-15 ildə iqtisadiyyatın ənənəvi sahələri üçün son dərəcə ağrılı olacaq.

Qeyd edək ki, sentyabrın 24-də Çinin 200 milyard dollarlıq malları barəsində ABŞ-ın yeni rüsumları qüvvəyə minir. ABŞ prezidenti Donald Trampın sözlərinə görə, əgər Pekin cavab addımlarına təşəbbüs edərsə, Vaşinqton 267 milyard dollarlıq Çin malları və xidmətlər barəsində tariflərin əlavə paketini qəbul edəcək.
Oxşar xəbərlər:
Şərhlər: