» » Dünya yeni təhlükənin astanasında - Ölənlərin sayı artır

Dünya yeni təhlükənin astanasında - Ölənlərin sayı artır

20:59, 15.11.20
Dünya
Dünya yeni təhlükənin astanasında - Ölənlərin sayı artır
Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin koordinatoru Rilvanu Məhəmməd sarı qızdırma səbəbiylə bir həftə içində 8 nəfərin öldüyünü açıqlayıb.

Xezer.info teleqraf.com-a istinadən xəbər verir ki, bununla ölkədə sentyabr ayından bəri sarı qızdırmadan ölənlərin sayı 95-ə yüksəlib.

O, Məhəmməd epidemiyaya qarşı tədbir almağa başladıqlarını söyləyərək xalqı gigiyena və ekoloji təmizliyi qorumağa çağırıb.
Keçən il Nigeriyada sarı qızdırma epidemiyası səbəbindən 300-dən çox insan ölüb.Hökumət 2017-ci ildən bəri epidemiya ilə mübarizə aparır

Xəstəliyin simptomları arasında yüksək temperatur, baş ağrısı, əzələ ağrısı, ürək bulanması, halsızlıq və gözlərdə sarılıq var. Bu il 7 milyon insanın sarı qızdırma peyvəndi edilməsi planlaşdırılır. İndiyədək 2 milyon insan peyvənd olunub.
Oxşar xəbərlər:
Şərhlər: