» » Rus hərbi təyyarəsi Estoniya hava məkanını pozdu

Rus hərbi təyyarəsi Estoniya hava məkanını pozdu

14:55, 08.06.16
Dünya
Rus hərbi təyyarəsi Estoniya hava məkanını pozdu
Rusiyaya məxsus döyüş təyyarəsi Estoniyanın hava məkanını pozub.

“Xezer.info” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Estoniya Müdafiə Nazirliyi yazılı açıqlamasında bildirib.

Qeyd edilir ki, beynəlxalq hava məkanında uçmalı olan rus hərbi təyyarəsi Estoniyanın hava məkanında bir dəqiqədən az qalıb və rus pilotlar Estoniya Aviasiya Xidməti ilə təmasa keçməyiblər. Ölkənin xarici işlər nazirliyindən isə bildirilib ki, hava məkanını pozduğu üçün Rusiyaya nota verilib.

Bildirək ki, bu il ərzində rus döyüş təyyarələri artıq üçüncü dəfədir Estoniyanın hava məkanını pozur.
Oxşar xəbərlər:
Şərhlər: