» » Vaqif Əsədovdan vətəndaşlara MÜRACİƏT

Vaqif Əsədovdan vətəndaşlara MÜRACİƏT

20:06, 14.09.20
Eksklüziv
Vaqif Əsədovdan vətəndaşlara MÜRACİƏT
“Avtomobil sahiblərinə, sürücülərə müraciət edirəm: Hörmətli sürücülər Bakı şəhərində avtomobillərin dayanması, durması məsələsi ən prioritet məsələlərdən biridir. Bu məsələdə hər kəs öz məsuliyyətini dərk etməlidir”.

Bu barədə DYP bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

Qurum rəsmisi deyir ki, avtomobillərin hərəkətinə, sürücülərin manevr etməsinə maneə törədəcək bir formada parklnma edilməməlidir:

“Səhlənkarlıq nəticəsində bir sürücünün düzgün park etməməsi böyük tıxaclara səbəb ola bilir. Bu zaman təkcə öz mənafeyini yox, həm də ictimai nəqliyyatdan istifadə edənləri düşünmək lazımdır. Qəza duracaq işıqlarını yandırıb maşını hərəkətə maneə törədəcək bir formada dayandırmaq qanuna uyğun deyil. Tələblərə riayət etmək lazımdır”, – deyə Vaqif Əsədov bildirib.

Yol polisi deyir ki, dərslər başlayanda valideynlər daha çox məsuliyyətli olmalıdırlar.

“Valideyn və müəllimlərə müraciət edirik ki, azyaşlı uşaqların yol-hərəkəti qaydalarının öyrədilməsi işində bizə kömək etsinlər. Həmçinin övladını məktəbə gətirən valideyn avtomobili ilə yolu bağlamasın və tıxaca səbəb olmasın”.

Baku.ws
Oxşar xəbərlər:
Şərhlər: