» » Əfv siyahısına hansı deputatın sürücüsü ad saldırıb? – SİYAHI (FOTO)

Əfv siyahısına hansı deputatın sürücüsü ad saldırıb? – SİYAHI (FOTO)

20:22, 17.09.20
Eksklüziv
Əfv siyahısına hansı deputatın sürücüsü ad saldırıb? – SİYAHI (FOTO)
illi Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Elman Nəsirov Əfv Komissiyasının üzvlərinin biri olan deputatın sürücüsü kimlərinsə adını siyahıya saldırdığını deyib.

Deputatın bu açıqlaması mətbuatda və sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib.

Qlobal.az xəbər verir ki, “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 fevral tarixli 1792 nömrəli sərəncamına görə əfv komissiyasının tərkibində altı deputat təmsil olunub.
Əfv siyahısına hansı deputatın sürücüsü ad saldırıb? – SİYAHI (FOTO)
Əhliman Əmiraslanov – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Səhiyyə komitəsinin sədri, Azərbaycan Tibb Universitetinin kafedra müdiri
Əfv siyahısına hansı deputatın sürücüsü ad saldırıb? – SİYAHI (FOTO)
Bəxtiyar Əliyev – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Elm və təhsil komitəsi sədrinin müavini, Bakı Dövlət Universitetinin kafedra müdiri
Əfv siyahısına hansı deputatın sürücüsü ad saldırıb? – SİYAHI (FOTO)
Azay Quliyev – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri
Əfv siyahısına hansı deputatın sürücüsü ad saldırıb? – SİYAHI (FOTO)
Səttar Möhbalıyev – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri
Əfv siyahısına hansı deputatın sürücüsü ad saldırıb? – SİYAHI (FOTO)
Elmira Axundova – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, jurnalist
Əfv siyahısına hansı deputatın sürücüsü ad saldırıb? – SİYAHI (FOTO)Məlahət İbrahimqızı – Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Dövlət başçısının bu ilin sentyabr ayının 8-də əfv komissiyasına dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən Əfv Məsələləri Komissiyasının sədri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev olub.

Komissiyanın üzvləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov, Ədliyyə naziri Fikrət Məmmədov, Daxili İşlər naziri Vilayət Eyvazov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, Şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məcidov, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, “Xan Şuşinski” Fondunun rəhbəri Bəyimxanım Verdiyeva, Akademik Zərifə Əliyeva adına liseyin direktoru Mehriban Vəliyeva, Komissiyanın katibi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektorunun müdiri Kəmalə İsmayılova olub.

Qeyd edək ki, bu dəfəki əfv komissiyasına Milli Məclisin deputatlarından Əhliman Əmiraslanov, Zahid Oruc, Fazil Mustafa, Azay Quliyev və Sədaqət Vəliyeva daxil ediliblər.

Xatırladaq ki, deputat Elman Nəsirov Milli Məclisin payız sessiyası çərçivəsində İnsan hüquqları komitəsinin iclasında səsləndiriyi qalmaqallı fikirlə bağlı açıqlama verərək üzr istəyib:

“Elə bu konteksdə söylədim ki, mənə daxil olmuş məlumata əsasən, guya Əfv Komissiyasında kimlərisə müdafiə etmək üçün hətta deputatın sürücüsü də müəyyən imkanlara malikdir. Bu informasiyanı sosial şəbəkələrdəki dezinformasiya konteksində söylədim. Bildirdim ki, bu kimi məlumatlar daxil olur. Mən şəxsən buna inanmıram, buna çox böyük şübhə ilə yanaşıram və güman edirəm ki, bu da dezinformasiyadır. Amma istənilən halda belə bir məlumat daxil olub. Görünür, bu da müəyyən insanların sosial şəbəkələrdə və digər yerlərdə müxtəlif üsullarla yaydığı dezinformasiyadır. Buna görə də, həmkarlarımdan narahat olublarsa, üzr istəyirəm. Millət vəkilinin vəzifəsi narahatedici məsələləri qabartmaqdır, onu müzakirə predmetinə çevirməkdir”.
Oxşar xəbərlər:
Şərhlər: