» » XİN rəhbərləri 10 noyabr sazişini müzakirə ediblər

XİN rəhbərləri 10 noyabr sazişini müzakirə ediblər

20:52, 15.11.20
Eksklüziv
XİN rəhbərləri 10 noyabr sazişini müzakirə ediblər
Cari ilin 15 noyabr tarixində Azərbaycan Respublikası Xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının Xarici işlər naziri Sergey Lavrovun telefon danışığı baş tutub.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsindən verilən məlumata görə, tərəflər bölgədə mövcud olan son durumu, 10 noyabr tarixli üçtərəfli bəyanatın icrasını, razılaşmadan irəli gələn bir sıra məsələlərin, o cümlədən humanitar xarakterli tədbirlərin reallaşmasında əlaqələndirmənin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Oxşar xəbərlər:
Şərhlər: