» » Müdafiə Nazirliyi şəhid olan hərbi qulluqçuların yeni siyahısını yayıb

Müdafiə Nazirliyi şəhid olan hərbi qulluqçuların yeni siyahısını yayıb

18:09, 14.12.20
Hadisə
Müdafiə Nazirliyi şəhid olan hərbi qulluqçuların yeni siyahısını yayıb
“Azərbaycanın Müdafiə Nazirliyinin Vətən müharibəsində Silahlı Qüvvələrimizin şəhid olmuş 2783 nəfər hərbi qulluqçuları barədə 3 dekabr 2020-ci il tarixli məlumata əlavə olaraq bildirir ki, bu günədək 2756 şəhidimiz dəfn edilib”.

Bu barədə TİA.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib.

“Dəfn edilmiş şəhidlərimizin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur.

İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və şəxsiyyəti müəyyən olunmayan şəxslərin identifikasiyası üzrə işlər davam etdirilir.

Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcəkdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!”, – nazirlikdən bildirilib.

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı
Oxşar xəbərlər:
Şərhlər: