» » Vəkillər Kollegiyasının daha bir üzvü vəfat etdi (FOTO)

Vəkillər Kollegiyasının daha bir üzvü vəfat etdi (FOTO)

14:00, 24.01.21
Hadisə
Vəkillər Kollegiyasının daha bir üzvü vəfat etdi (FOTO)
Vəkillər Kollegiyasının üzvü Ağakişi Nağıyev dünyasını dəyişib.

XEZER.INFO xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov məlumat verib:

“Bu gün uzun sürən ağır xəstəlikdən sonra dəyərli vəkilimiz Ağakişi Nağıyevi itirdik. Gözəl insan, təmənnasız dost, təcrübəli həmkarımız, yazıçı-publisist, Cəlilabad Vəkil Bürosunun vəkili Ağakişi müəllimin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır. Allah rəhmət eləsin, məkanı cənnət olsun, yaxınlarına Allah səbr versin!”,-deyə, Anar Bağırov əlavə edib.

Qeyd edək ki, son 2 ay ərzində Azərbaycan Vəkillər Kollegiyasının üzvləri – Hidayət Məmmədov, Heydər Əsgərov, Əli Ələkbərov, Adil İsmayılov, Yusif Seyidov və Tahir Əlirzayev koronavirusdan, Elburus Mehralıyev və İdris Qasımov isə uzun sürən xəstəlikdən vəfat edib.
Vəkillər Kollegiyasının daha bir üzvü vəfat etdi (FOTO)
Oxşar xəbərlər:
Şərhlər: