» » Mübariz İbrahimovun anası vəfat etdi

Mübariz İbrahimovun anası vəfat etdi

20:52, 03.06.21
Hadisə
Mübariz İbrahimovun anası vəfat etdi
Milli Qəhrəman Mübariz İbrahimovun anası Şamama İbrahimova vəfat edib.

XEZER.INFO xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edək ki, Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2009-cu ilin avqust ayında gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. 2010-cu il iyunun 18-də tarixində təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçib, çox sayda erməni əsgər və zabitini məhv edib. O, düşmənə ciddi zərbə vurduqdan sonra səhər saatlarında şəhid olub. İbrahimovun nəşi 2010-cu il noyabrın 6-da Azərbaycana təslim edilib və İkinci Fəxri xiyabanda dəfn olunub.
Oxşar xəbərlər:
Şərhlər: