» » Azərbaycanda avtomobil polisi vuraraq öldürdü

Azərbaycanda avtomobil polisi vuraraq öldürdü

12:57, 06.07.21
Hadisə
Azərbaycanda avtomobil polisi vuraraq öldürdü
Şabranda avtomobil polis əməkdaşını vuraraq öldürüb.
Xezer.info-ın Oxu.Az-a istinadən verdiyi məlumatına görə, hadisə ötən gün gecə saatlarında Şabran şəhərində qeydə alınıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbov Oxu.Az-a açıqlamasında bildirib ki, Şabran şəhər sakini Aslan Aslanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında dayanmış Şabran Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Təbriz Heybətovu vurub:
“Nəticədə polis əməkdaşı hadisə yerində aldığı xəsarətlərdən vəfat edib. Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır”
Oxşar xəbərlər:
Şərhlər: