» » 11-ci sinif şagirdi "Son zəng" öncəsi yoxa çıxdı

11-ci sinif şagirdi "Son zəng" öncəsi yoxa çıxdı

23:16, 14.06.22
Hadisə / Cəmiyyət
11-ci sinif şagirdi "Son zəng" öncəsi yoxa çıxdı
Füzulidə 11-ci sinif şagirdi itkin düşüb.

"Qafqazinfo" xəbər verir ki, rayonun Böyük Bəhmənli kənd sakini, 2005-ci il təvəllüdlü Süleymanov Zaur Elşən oğlu itkin düşüb.

Onun suda batması ilə bağlı Baş Mil kanalının Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisindən keçən hissəsində FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Məlumata görə Z.Süleymanov dünən günortadan sonra yoxa çıxıb. O, bu gün "Son zəng" tədbirində iştirak edəcəkdi.

Faktla bağlı araşdırma aparılır.

***

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, "112" qaynar telefon xəttinə Baş Mil kanalının Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisindən keçən hissəsində 2005-ci il təvəllüdlü Süleymanov Zaur Elşən oğlunun batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər:
Şərhlər: