» » Tovuzda ticarət mərkəzində yanğın olub

Tovuzda ticarət mərkəzində yanğın olub

10:45, 07.09.22
Hadisə
Tovuzda ticarət mərkəzində yanğın olub
Tovuz şəhərində, ticarət mərkəzinin ərazisində, ümumi sahəsi 80 m² olan kafenin yanar konstruksiyaları 30 m² sahədə, bitişik ümumi sahəsi 70 m² olan anbarın tavanı 1 m² sahədə və içərisinə yığılan əşyalar 4 m² sahədə yanıb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Kafenin və anbarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxşar xəbərlər:
Şərhlər: