» » Ötən sutka 31 yanğına çıxış olub - FHN

Ötən sutka 31 yanğına çıxış olub - FHN

11:50, 12.09.22
Hadisə
Ötən sutka 31 yanğına çıxış olub - FHN
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 31 yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 9 nəfər xilas edilib, yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib. Həmçinin, yanğınsöndürən-xilasedicilər tərəfindən Şəki şəhərinin Baş Zəyzid kəndində cərəyan vurması nəticəsində ölən 1 nəfərin meyiti elektrik dirəyindən düşürülərək aidiyyəti üzrə təhvil verilib.
Oxşar xəbərlər:
Şərhlər: