» » Sabah Bakıda 14 dərəcə isti olacaq

Sabah Bakıda 14 dərəcə isti olacaq

13:57, 29.01.20
Hava
Sabah Bakıda 14 dərəcə isti olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6, gündüz 12-14, Bakıda gecə 4-6, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında yanvarın 30-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 30-da Abşeron yarımadasında sabit hava şəraitinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir
Oxşar xəbərlər:
Şərhlər: